Virtual server xidmətləri

İri həcmli informasiyanın qəbulu, işlənməsi və göndərilməsi ilə məşğul olan hər bir şirkətə əlavə şəbəkə avadanlıqları lazımdır. Buraya serverlər, bahalı geniş kanallı stabil internet xətti, marşrutizator, kommutator kabel və digərləri daxildir. İstənilən mürəkkəb sistem kimi kompüter şəbəkəsinə də peşəkar qulluq lazımdır. Eyni zamanda məlumatların mütəmadi vədüzgün formada arxivlənməsi, Sistemin xarici haker hucumlarından qorunmasi çox vacib və bahalı xidmətlərdən biridir. Bütün qayğılardan uzaq olmanız üçün MAXTEXNO Virtual Server xidmətini təklif edir.

Virtual idarəetmə nədir?

Şirkət serverinin nasazlıqlarını ofisinizə gəlmədən, öz kompüteri vasitəsilə aradan qaldırılmasıdır. Bu üsul şirkət sahiblərinin zamanına qənaət etməklə, əlavə işçi masasını ayırıb iri avadanlıqları quraşdırmaq kimi zərurətdən azad edir. MAXTEXNO hətta regionlarda və ya ölkə xaricindəki filialların serverlərinə də virtual xidmət göstərir

MAXTEXNO zəmanət verir:

  1. İT-infrastrukturun fasiləsiz işi
  2. Problemlərin operativ həlli
  3. Məxfilik,haker hücumlarından qorunma və peşəkar arxivasiya sistemi
  4. Server avadanlığının və sistemin mütəmadi yenilənməsi (əlavə xərc olmadan)