Kiçik bizneslər üçün CRM sistemi

İstənilən kiçik biznesin hədəfi böyümək və sahəsinin liderlərindən birinə çevrilməkdir. Ali məqsədə yetişmək üçün günün tələbi- sistemin avtomatlaşdırılmasıdır. Bunun üçün əlavə resusrlara-zaman və əlavə xərclərdən azad olmaq üçün, MAXTEXNO-CRM sistemini təqdim edir.

Azərbaycanda biznes sahəsi aktiv inkişaf mərhələsindədir. Hər bir böyük biznesin uğur hekayəsinin start nöqtəsi zamanında kiçik sonra orta biznes olmaqdan keçir. İnkişaf mərhələsində aktiv irəliləmək üçün prosesləri avtomatlaşdırmaq lazımdır. Hər kiçik əməliyyatı insan resursları vasitəsilə etmək çox zaman və böyük məbləğ tələb edir ki, bununla da kiçik biznesin orta biznesə keçid zamanı xeyli ləngiyir.

Kiçik biznes üçün ən uyğun CRM sistem – istifadədə rahat, ucuz və əlavə zaman tələb etmədən çalışanıdır. Kiçik biznes sahibkarları, axı sizin CRM istemini mənimsəməklə, ona sərf edəcək əlavə zamanınız yoxdur!- Daha böyük hədəfləriniz var- CRM sistem qurulmasını MAXTEXNO-ya etibar edin.
Tətbiq etdiyimiz sistemlə sadəcə 24 saat çalışan kompüter və internet lazımdır, dünyanın istənilən nöqtəsindən biznesinizi idarə edə bilərsiniz.

MAXTEXNO CRM təqdim edir:

• İnternet olan istənilən yerdən idarəetmə.
• İşgüzar görüşlər zamanı CRM-də qeydlərin aparılması.
• Danışıqların tarixinin qeyd olunması ilə müştərilərin uçotunun aparılması və fərdi satış hesabatlarını yaratma.
• Şirkətin web-saytı ilə inteqrasiya-CRM tətbiqetmələri.
• Xatırlatma sistemi-müştərilərinizə zəng etmək və ya ismarıc göndərmək yadınızdan çıxmayacaq.
• Google (Universal) Analytics ilə internet reklamın effektivliyini ölçmək və analiz etmək.
• CRM servisə inteqrasiya olunmuş Email və SMS-paylaşım.
• Ödənişlərin idarə olunması.